05.11.2021
05.11.2021-ci il tarxində Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Cəmilli kənd kitabxana filialının işçiləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Müddətdən Artıq Xidmət Edən (MAXE) Verdiyev Eldəniz Rabil oğlunun ailəsilə ziyarət edilib.Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə kitabxanaçı Hümbətova Vüsalə açaraq, şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olmasından danışdı.
Tədbirdə şəhidin anası Verdiyeva Elnurə oğlunun Murovdağ ətrafında “Camış dağ” uğrunda gedən döyüşlərdə 02.10.2020-ci ildə şəhid olmasından danışdı. Şəhid Göygöl rayonun şəhidlər xiyabanında dəfn olunub. Görüşün sonunda şəhidin məzarı ziyarət olunub.